Məhəmməd Müxbir: Prezidentlərin son razılaşmalarını diqqətdə saxlayırıq

Məhəmməd Müxbir: Prezidentlərin son razılaşmalarını diqqətdə saxlayırıq

Azərbaycan Respublikası prezidenti İlham Əliyev və İran prezidentinin səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbir iki ölkə prezidentləri arasındakı son razılaşmaların icrasına təkid ediblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də İran İslam Respublikası prezidentinin səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirlə telefon əlaqəsi saxlayaraq Prezident rəisi və onu muşayiət edən dövlət rəsmilərinin şəhadəti münasibəti ilə bir daha İran xalqı və dövlətinə baş sağlığı verib, Seyid İbrahim Rəisinin şəhadətini sadəcə İran üçün deyil bütün müsəlman ölkələri üçün böyük itki adlandırıb.

İran İslam Respublikası Prezidentinin rəsmi internet saytının verdiyi məlumata görə Telefon danışığında Şəhid prezidentin İran və Azərbaycan xalqlarını ayrılmaz tellərin biri birinə qovuşdurduğuna dair mövqeyi vurğulanıb.

İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Müxbir, İranın şəhid prezidenti ilə Azərbaycan Respublikası prezidenti arasında son görüşdəki razılaşmaları dəstəklədiyini bildirib və bu razılaşmaların tezliklə icra edilməsinin vacibliyini vurğulayıb.

Telefon söhbətində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də özünün İranın şəhid prezidenti ilə son görüşündəki razılaşmaların icra edilməsinin qarşılıqlı əlaqələrə öz töhfəsini verəcəyini bildirib: “ Mərhum Rəisi ilə görüşümüzdə əldə olunan razılaşmalardan biri də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin yenidən açılması idi ki tezliklə reallaşacaq”,- İlham Əliyev deyib.

Müzakirələr zamanı İran prezidentinin səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbir Şəhid prezident Seyid İbrahim Rəisinin əcnəbilərin regionda fəaliyyətinə qarşı olduğunu xatırladıb:

“Rəisi belə qənaətdə idi ki, sülh və təhlükəsizlik sadəcə region ölkələri arasında əməkdaşlıq yolu ilə reallaşa bilər.  Onun qənaətincə sionist rejim konkret olaraq NATO-nun bir hissəsidir və bu kimi əcnəbilərin ayağının regiona açılması Qafqazda əmin-amansızlığıa gətirib çıxaracaq”,- Müxbir deyib.

İran İslam Respublikası Prezidentinin rəsmi internet saytının verdiyi məlumatda bildirilir ki, Telefon danışığı zamanı Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran tərəfini əmin edib ki, ölkəsi regional əməkdaşlıqlara sadiqdir və əcnəbilərin regionda fəaliyyətinə imkan verilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =