Məhkəmə müsəlman məktəbinin bağlanması qərarını ləğv etdi

Məhkəmə müsəlman məktəbinin bağlanması qərarını ləğv etdi

 Fransada məhkəmə Nitsadakı özəl müsəlman orta məktəbinin bağlanması qərarını ləğv edib.Teleqraf.com xəbər verir ki, məhkəmə şəhər rəhbərliyinin qanunsuz qərara görə məktəbə 1500 avro ödəməsi barədə qətnamə çıxarıb.

2024-cü ilin mart ayında Nitsa Qubernatorluğu təxminən 100 şagirdi olan məktəbi tədris ilinin sonunda bağlamaq qərarına gəldiyini açıqlayıb. Buna səbəb kimi isə “Məktəbin maliyyə imkanları barədə dəqiq məlumat verilməməsi” göstərilib.

Məktəb rəhbərliyi qərara reaksiya verib və yazılı açıqlamasında iddianı rədd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 20 =