Məkkə və Mədinədə yenidən COVID-19-la bağlı məhdudiyyətlər qüvvəyə minib
Səudiyyə Ərəbistanının bütün dini məkanlarında, o cümlədən İslamın Məkkə və Mədinədə iki əsas ziyarətgahının ərazisində krallıqda koronavirusla bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar antiepidemik məhdudiyyətlər yenidən qüvvəyə minib.
Trend xəbər verir ki, bu barədə Saudi Press Agency məlumat yayıb.
Məkkədəki “Məscidül-Həram” və Mədinədəki “Peyğəmbər məscidi”ndə sosial məsafəyə riayət etməklə yanaşı, tibbi maskaların taxılması və ziyarətgahların ərazisində eyni vaxtda olan zəvvarların sayının məhdudlaşdırılması qaydaları qüvvəyə minir.
Trend.az