Məkkədə həcc mərasimi ayinlərinə start verilib

Məkkədə həcc mərasimi ayinlərinə start verilib

Hər il olduğu kimi bu ildə də zilhiccə ayının səkkizindən etibarən Məkkədə həcc mərasiminin əməllərinə start verilir.

Bu gün Məkkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər tətbiq edilməklə həccin əməllərinə start verilib.

Digər illərlə müqayisədə bu il pandemiyaya görə yalnız 60 min yerli sakin və vətəndaş həcc mərasiminə qatılıblar.

Hacılar “təməttü” həccinin birinci əməli olaraq, “tərviyə” ayinini həyata keçirməyə və Mina çölünə axışmağa başlayırlar.

Daha sonra onlar Mina düzündə, ərəfə günündə isə Ərəfat dağı ətrafında toplaşaraq, həccin buaradakı ayinlərini həyata keçirəcəklər.

Ərəfə çölündən sonra hacılar Müzdəlifəyə üz tutacaqlar. Daha sonra “rəmyi-cəmərat” yəni şeytanı daşlamaq, qurban kəsmək, Mərvə və Səfa dağları arasında “səy etmək”, Kəbə evi ətrafında təvaf etmək kimi həccin digər təməl ayinləri onları gözləyir.

Hacılar bu əməlləri zilhiccənin 8-dən 13-ə kimi həyata keçirirlər. Bundan sonra hacıların öz yurdlarına dönməsi prosesi başlayır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 7 =