Məkkədə kran faciəsinin günahkarlarına bəraət verildi

Məkkədə kran faciəsinin günahkarlarına bəraət verildi

Məkkə Cəza Məhkəməsi 2015-ci ildə Məkkədə 111 nəfərin ölümü ilə nəticələnən kran qəzasını “Səmanın bəlası” kimi qiymətləndirib və günahkarlarına bəraət verib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, məhkəmə 2015-ci il kran qəzasında Bin Laden Holdinq də daxil olmaqla 13 müttəhimə bəraət verib.

Səudiyyə rejiminin Okaz qəzeti Meteoroloji və Ətraf Mühitin Mühafizəsi Agentliyinin hadisə günü və bir gün əvvəl hava şərtlərinin əlverişsiz olduğunu bildirən hesabatına istinad edərək, məhkəmənin müttəhimlərə bəraət qazandırdığını yazıb.

Məkkə məhkəməsinin qərarında belə qeyd edilib: “Məkkədəki hadisə günü baş verənlər səmavi bir bəla sayıla bilər. Bu barədə ehtiyatla və sayıqlıqla davranmaq – mümkün deyil, çox çətindir”.

Məhkəmə mühakimə hesabatlarında Meteorologiya Agentliyinin saatda 70 kilometrə qədər sürətdə şiddətli fırtına olacağı ehtimalı barədə məlumat verildiyinə dair dəlil olmadığını, bu səbəbdən Bin Laden Holdinqinin günahkar olmadığını bildirib.

2015-ci ildə həcc ziyarəti vaxtı bir kranın düşməsi nəticəsində 111 nəfər həlak olmuş və Allah evinə gedən çoxlu sayda zəvvar yaralanmışdı.

Səudiyyə rejiminin nəhəng inşaat şirkəti kimi tanınan Bin Laden Holdinq 1931-ci ildə Əl-Qaidə terror təşkilatının sabiq lideri Üsamə bin Ladenin atası Məhəmməd bin Laden tərəfindən qurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + ten =