Məktəbdəki işini yarımçıq qoyub cəbhəyə yollanan qəhrəman şəhid Həsən Məmmədli

Məktəbdəki işini yarımçıq qoyub cəbhəyə yollanan qəhrəman şəhid Həsən Məmmədli

Sonuncu dəfə zəng edəndə “Ana gəlib Səni həkimə aparacam” demişdi. Hamıya tezliklə qalib gələcəyimizi, erməniləri darmadağın edərək doğma kəndlərinə dönəcəyini söyləmişdi 25 yaşlı Həsən Məmmədli. Sentyabrın 27-də 2 – ci Qarabağ savaşı başlayanda heç kimə heç nə demədən çalışdığı Çobanabdallı orta məktəbindən birbaşa hərbi komisarlığa yollanmışdı qəhrəmanımız. Böyüklə böyük kiçiklə kiçik kimi davranırdı Həsən. Anası hələ də oğlunun yoxluğu ilə barışa bilmir:

Yaxınları, qohumları arasında, çalışdığı məktəbdə böyük hörmət qazanan Həsən orduda da çox böyük uğurlar əldə edib. Onunla çiyin- çiyinə vuruşan əsgər yoldaşları Həsənin döyüşərək düşmən postunu aldıqdan sonra şəhid olduğunu söyləyiblər:

Vətənpərvərlik eşqi, cəsurluq, ərazi bütövlüyünün bərpası. Canı hesabına tarix yazanlar. Hansı ki, hər birinin arzusu, xəyalı, məqəsədi Vətənin azadlığı, işğal altında olan torpaqların düşmən taptağından azad edilməsiydi.Həsənin çalışdığı Çobanabdallı orta məktəbinin kollektivi də  şəhidi çox böyük hörmətlə anırlar. Hamı qəhrəmanlarl barıdı ən xoş xatirələrini danışır:

Torpaq dedikdə ilk olaraq ağıla müqəddəs bir məfhum gəlir. Çünki, torpaq anadır. Torpaq qanı ilə suvarılan igidləri ilə müqəddəsdir.

Əzizləri nə qədər ağır da olsa oğullarının vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldiyindən qürur duyur, fəxr edirlər.

Inter.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 20 =