Məktəblər koronavirus səbəbindən bağlanacaq? – VİDEO

Məktəblər koronavirus səbəbindən bağlanacaq? – VİDEO

Yeni tədris ili başlayandan indiyədək ölkədəki 4500 məktəbdən 9-u koronovirusa yoluxma hallarına görə bağlanıb, 340 sinif distant təhsilə keçib. Bu da ümumi göstəricinin 0, 3 faizi deməkdir.

Göstərici yüksək olmasa da, valideynlər məktəblərin yenidən bağlanacağından narahatdırlar. Bu gün sosial şəbəkələrdə yayılan iddialar bu narahatlığı bir az da artırıb.

Xəzər Xəbər xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da iddialara münasibət bildirib.

Valideynlər isə məktəblərin bağlanmasını istəmirlər. Onlar distant tədrisin lazımi effekt vermədiyini düşünürlər.

Bəs görəsən bağçalar və uşaq evlərində yoluxma hansı səviyyədədir?

Bakı şəhəri məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin rəis müavini Teymur Mehdiyev mövcud vəziyyəti şərh edib.

Qeyd edək ki, koronavirusa yoluxma halları ilə bağlı müxtəlif ali məktəblərdə, müəyyən qruplarda tədris onlayn qaydada davam etdirilib. Belə ki, sentyabrın 29-dan indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 14 qrupu məhz bu səbəbdən distant təhsilə keçib. Eləcə də Bakı Mühəndislik Universitetində təhsil alan 3 tələbədə virus aşkarlanıb. Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, hazırda virusa yoluxan tələbələrin sayı 14-dür. 3 qrupda isə tədris onlayn qaydada aparılır. Tələbələr arasında virusu ağır keçirən yoxdur.

Xəzər Xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 9 =