Məktəbli qızlar 59 yaşlı kişini öldürdü

Məktəbli qızlar 59 yaşlı kişini öldürdü

Publika.az xəbər verir ki, Kanadanın ən çox sakini olan Toronto şəhərində küçədə yerə uzanmış yaralı bir kişi tapılıb. Yerli sakin olan kişi xəstəxanaya çatdırılıb. Məlum olub ki, o çoxsaylı bıçaq zərbəsi alıb. Həkimlərin bir neçə saatlıq səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qətldə yeniyetmə qızlar şübhəli bilinir. Onların sosial şəbəkədə tanış olduğu və Kanada şəhərinin mərkəzində görüşdüyü məlum olub.

Qeyd edək ki, hazırda onların yaşlı kişiyə niyə hücum etdikləri araşdırılır. İlkin məlumata görə, axtarış zamanı səkkiz qızdan ikisinin üzərində soyuq silah aşkarlanıb, daha ikisi isə artıq polisin şübhələrini doğru çıxarıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + nine =