Mərakeş İsraildən hava hücumundan müdafiə sistemi alıb

Mərakeş İsraildən hava hücumundan müdafiə sistemi alıb

İsrail Aerospace Industries (IAI) ilə imzalanan müqavilə çərçivəsində Mərakeş İsrail istehsalı Barak hava hücumundan müdafiə sisteminin yeni partiyasını alıb.

Mərakeş İsrail istehsalı olan uzun mənzilli Barak hava hücumundan müdafiə sisteminin yeni partiyasını alıb.

Bu çatdırılma Mərakeş Silahlı Qüvvələri ilə İsrail Aerokosmik Sənayesi (IAI) arasında bağlanmış müqavilə çərçivəsində həyata keçirilib.

Yeni gətirilən Barak sistemi bu modelin təkmil versiyasıdır və onun raketlərinin uçuş məsafəsi 150 kilometrə çatır.

“Mərakeşin uzun mənzilli hava hücumundan müdafiə sistemi (BARAK-MX ER) tamamilə Kral Silahlı Qüvvələrinə təhvil verilib”, – Atlantik Müdafiə və Silah Rəsədxanası elan edib.

Rəsədxana bu sistemin “dünyanın ən yeni və ən güclü orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərindən biri” olduğunu bildirib.

Həmçinin Mərakeş ordusunun bu sistemi əldə etmək səylərinin illərdir davam etdiyi və xüsusilə 2020-ci ilin sonunda Mərakeş-İsrail diplomatik əlaqələrinin bərpasından sonra bu prosesin daha da sürətləndiyi qeyd edilib.

Daha əvvəl mətbuatda Mərakeşin 2022-ci ildə 500 milyon dollarlıq müqavilə çərçivəsində İsrail istehsalı olan qabaqcıl Barak hava hücumundan müdafiə sistemlərinin ilk partiyasını aldığı bildirilmişdi.

Mərakeş son vaxtlar İsraillə münasibətləri normallaşdıran ərəb ölkələrindən biridir. Uzun illər gizli şəkildə münasibətlərini davam etdirən iki ölkə son zamanlar bu əlaqələri rəsmi şəkildə inkişaf etdirməyə başlayıb .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + twenty =