Mərakeş xalqının sionist rejimlə uzlaşmanın ildönümündə nümayişləri

Mərakeş xalqının sionist rejimlə uzlaşmanın ildönümündə nümayişləri

Sionist rejimlə münasibətlərin normallaşmasının birinci ildönümündə yüzlərlə mərakeşli müxtəlif şəhərlərdə etiraz aksiyası keçirib.

Mərakeş xalqı çərşənbə gecəsi (dünən gecə) küçələrə çıxıb.

Etirazçılar sionist rejimlə kompromis və “m’nfur razılaşma” adlandırdıqları kompromis razılaşmasının ləğvi üçün şüarlar səsləndiriblər.

Onlar belə şüarlar səsləndiriblər: Mənim torpağımın qərbi azaddır və sionistlər buradan çıxmalıdır. Fələstin müqavimət göstərir və rejimlər isə saziş imzalayır, sionizm məlundur və Fələstin bizim gözümüzün önündədir, Mərakeş və Fələstin bir millətdir, normallaşmaya yox!

Mərakeş təhlükəsizlik qüvvələri bəzi şəhərlərdə, o cümlədən, Mərakeşin paytaxtı Rabatda etirazçıları dağıtmaq üçün yerləşdirilib.

Mərakeşli nümayişçilərdən Əbdüssəməd Fəthi bildirib ki, Fələstini işğal edən sionistlər Mərakeşi işğal edib onu iqtisadi, siyasi və sosial baxımdan məhv etməyə çalışırlar.

Fəthi həmçinin xalqı əlaqələrin normallaşmasına qarşı çıxmağa çağırıb.

2020-ci il dekabrın 22-də Mərakeş keçmiş Prezident Donald Trampın kakimiyyəti dövründə ABŞ hökumətinin nəzarəti altında sionist rejimlə diplomatik əlaqələrin bərpası haqqında saziş imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 13 =