Mərakeşli vəkillər İsraillə normallaşma qərarına görə məhkəməyə müraciət etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Mərakeşdə bir qrup vəkil İsrail ilə imzalanan normallaşma qərarlarının ləğv edilməsini tələb edərək, ölkədəki Ali Məhkəməyə müraciət edib.
Hüquqşünaslar verdikləri açıqlamada hökumətin İsrail rejimi ilə siyasi, diplomatik, iqtisadi və turizm sahələrində normallaşmağı nəzərdə tutan bütün qərarların ləğv edilməsini tələb edərək, Ali Məhkəməyə müraciət etdiklərini bildiriblər.
Açıqlamada İsrail ilə münasibətləri normallaşdırmaq məqsədilə qərarların Mərakeşin ümumi rejiminə zidd olması ilə yanaşı bunun Konstitusiyaya, Birləşmiş Millətlər Təşkilatı Konvensiyasına, beynəlxalq qanuniliyə və Vyana konvensiyalarına zidd olduğuna da diqqət çəkilib.