Məribdə Səudiyyə muzdlularının silah-sursat anbarı dağıdılıb-Video

Məribdə Səudiyyə muzdlularının silah-sursat anbarı dağıdılıb-Video

Səudiyyə-BƏƏ koalisiyasına yaxın mənbələr Ənsarullah hərəkatının Məribə raket hücumları zamanı bu muzdluların silah-sursat anbarının məhv edildiyini iddia edib.

Məlumata görə, Səudiyyə-BƏƏ koalisiyasına yaxın mənbələr Ənsarullah hərəkatının Marib şəhəri istiqamətində ballistik raketlər atdığını iddia edib.

Əl-Ərəbi xəbər kanalı bildirir ki, bir neçə dəqiqə əvvəl Mərib şəhərində güclü partlayışlar baş verib, bunun səbəbi Ənsarullah tərəfindən raketlərin atılması olub.

Bu şəbəkəyə görə, bu raket hücumları zamanı Səudiyyə koalisiyasına aid muzdlulara məxsus silah anbarı məhv edilib.

Yəmən ordusu bununla bağlı hələ heç bir açıqlama verməyib. Partlayışın aşağıdakı videosu yayımlanıb:

Ötən oktyabr ayın 9-u Yəmənin Mərib əyalətindəki yerli mənbələr bu əyalətdə üç partlayışın baş verdiyini, onlardan birinin istefa vermiş hökumətin Müdafiə Nazirliyinin qərargahını hədəf aldığını bildirib.

Bu partlayışlar zamanı Yəmənin fərari və istefa vermiş prezidenti Abdi Rəbbih Mansur Hadi qüvvələrinin yüksək rütbəli rəhbərləri öldürülüb.

İstefaya getmiş hökumətin Müdafiə Nazirliyində partlayış Hadinin muzdlularının Birləşmiş Qərargahının rəhbəri Səğir bin Əzizin elektron mühasibat sistemi açarkən baş verib.

İkinci partlayış isə Mərib və Şəbvə sərhədlərində BƏƏ-yə bağlı Əl-Quvvətul-Əmaləqə muzdlularına məxsus düşərgələrdən birində baş verib. BƏƏ mənbələri bu partlayış zamanı bir neçə nəfərin öldüyünü və yaralandığını etiraf edib. Partlayış pilotsuz təyyarə ilə həyata keçirilib. Üçüncü partlayış da “Safir” neft şirkətini hədəf alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 14 =