Məribin azad edilməsi ərəfəsində; Yəməndəki təcavüzkarlar dərhal atəşkəsə çağırıblar

Məribin azad edilməsi ərəfəsində; Yəməndəki təcavüzkarlar dərhal atəşkəsə çağırıblar

KİV-lər Məribin tam azad edilməsinə qədər geri sayımaın başladığını bildirdikdən sonra, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Böyük Britaniya Mərib əyalətində dərhal atəşkəs elan edilməsinə çağırıblar.

Səudiyyə mediası xəbər verir ki, bu gün günorta (cümə axşamı) Səudiyyə Ərəbistanı mediası, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Böyük Britaniya Yəmənlə bağlı birgə bəyanat yayıb. Səudiyyə Ərəbistanının “Okaz” qəzetinin məlumatına görə, Ər-Riyad, Əbu-Dabi, London səfirləri və ABŞ-ın Yəməndəki nümayəndəsi çərşənbə axşamı görüşüb və bu gün bəyanat yayıblar.

Mərib əyalətinin tezliklə tam azad edilməsi ilə bağlı xəbər mediasının xəbərləri ilə eyni vaxtda yayılan bəyanatda dörd ölkənin Yəməndəki ağır humanitar vəziyyətdən narahat olduqları bildirilib. Bəyanatın yekun hissəsində adıçəkilən ölkələrin səfirləri “Husilərin Məribə davamlı hücumlarından dərin narahatlıqlarını ifadə ediblər” və eyni zamanda, “təcili atəşkəsin vacibliyini vurğulayıblar.”

Ər-Riyad, Əbu-Dabi, Vaşinqton və London, xüsusən də münaqişə nəticəsində evlərindən didərgin düşmüş çoxlu sayda yəmənli qaçqınları nəzərə alaraq, dərhal atəşkəsə çağırıblar. İddia o zaman ortaya çıxıb ki, bəyanatda Səudiyyə koalisiyasının dünən Yəmənin müxtəlif bölgələrinə etdiyi hücumlardan heç bir söhbət açılmır. Halbuki, həmin hücumlarda çoxlu sayda Yəmən vətəndaşı, o cümlədən, bir neçə uşaq şəhid olmuş və yaralanmışdır.

ABŞ-ın dəstəklədiyi ərəb koalisiyasına rəhbərlik edən Səudiyyə Ərəbistanı Yəmənə qarşı hərbi təcavüzə başlayıb və 26 aprel 2015-ci ildə Yəmənin istefa vermiş prezidentini geri qaytarmağa çalışdığını iddia edərək qurudan, havadan və dənizdən blokadaya başlayıb.

Hərbi təcavüz Səudiyyə koalisiyasının heç bir məqsədlərinə nail olmadı və yalnız on minlərlə yəmənlinin öldürülməsi və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun məhv edilməsi, aclıq və yoluxucu xəstəliklərin yayılması ilə müşayiət olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =