Məscidül-Əqsanın dağıdılmasında sionist rejimlə kompromisə gedən hökumətlərin də rolu var

Məscidül-Əqsanın dağıdılmasında sionist rejimlə kompromisə gedən hökumətlərin də rolu var

Sionist rejimə güzəştə gedən hökumətlərin rəhbərləri Məscidül-Əqsanın dağıdılmasında sionist rejimi müşayiət edirlər.

Ərəb vətəndaşlarının Mübarək əl-Əqsa məscidində baş verənlər barədə onlarla danışması üçün məşhur səudiyyəli tvitter yazarı “Müctəhid”ə ehtiyac yoxdur. Çünki qabaqcadan sionist rejim ilə İordaniya və Misir başda olmaqla

BƏƏ, Səudiyyə Ərəbistanı, Fələstin Administrasiyası və ABŞ-ın İsrailin addımlarını dəstəkləməyə çağırdığı bir sıra ərəb ölkələri arasında Əl-Əqsa məscidinin dağıdılması ilə bağlı koordinasiya yaradılıb.

Bu vətəndaşlar indi əmindirlər ki, güzəştə gedən hökumətlər öz hakimiyyətlərini qorumaq üçün münasibətləri normallaşdırmaqdan çox-çox irəli getməyə hazırdırlar.

Müctəhid sionist rejim və onun yaşayış məntəqələrinin cinayətləri ilə bağlı son tvitində yazıb ki, İsrail Məscidül-Əqsa, Qüdsə və onun sakinlərinə qarşı cinayətlər və təcavüz etməklə öz məqsədlərinə nail ola bilsin deyə, güzəştə gedən hökumətlər arasında rollar bölünüb.

Bu məşhur Səudiyyə tvitter yazarına görə, müsəlmanların birinci qibləsi və üçüncü müqəddəs hərəm və onun qoruyucularına qarşı törətdiyi cinayətlərdə ərəb ölkələrinin kompromislərinin İsraillə şərikliyi belədir:

İordaniya: Ölkənin Vəqf İdarəsi Əl-Əqsada etikafın qarşısını alıb.

Misir: Müqavimət cavab verərsə, mühasirəni gücləndirməklə hədələyib.

Fələstin Administrasiyası: Bu təşkilat Əl-Əqsa məscidini məhdudlaşdırmaq üçün işğalçı ordu ilə koordinasiya səviyyəsini artırıb.

Səudiyyə Ərəbistanı və BƏƏ: İki ölkə media və sosial mediadan İsrailin xeyrinə istifadə edib.

“Müctəhid” isə İsrailə dəstəyi dayandıracağı ümidi ilə sonuncu ölkənin adını açıqlamayıb.

Məşhur tvit yazarı müqavimətin bu ölkələrin rolu ilə bağlı çox həssas məlumatlara sahib olduğuna və bunları açıqlayacağı təqdirdə balansın pozula biləcəyinə diqqət çəkib.

Lakin müqavimət həmişə olduğu kimi, bu ölkələrlə bağlı qalmaqalları gizlədir və zənn edir ki, gizlətmək onu açmaqdan yaxşıdır. Bəziləri Müctəhidin tvitində yazdıqlarına inanmır və bunu qeyri-mümkün hesab edir. Onlar unudurlar ki, güzəştə gedən hökumətlər, əgər bu ziyarətgahların müqəddəsliyinə inansaydılar, heç vaxt qəsbkar rejimlə münasibətlərini normallaşdıra bilməzdilər, çünki sadəcə bu ziyarətgahların müqəddəsliyinə inanmaq kompromisə maneədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =