Məscidül Əqsada 25 min nəfərlik cümə namazı qılındı

Məscidül Əqsada 25 min nəfərlik cümə namazı qılındı

İşğalçı sionist rejimin məhdudiyyətlərinə rəğmən, bu gün (16 fevral) Məscidül Əqsada 25 min nəfərin iştirakı ilə cümə namazı qılınıb.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim hərbçilərinin sərt təhülkəsizlik tədbirləri altında fələstinlilər Məscidül Əqsada müqəddəs ibadət olan cümə namazı qılıb.

Fələstin xalqının Əl Əqsa məscidinə getməsinin qarşısını almaq üçün sionist hərbçilər və qəsəbə sakinlərinin əngəl törətməsinə baxmayaraq, bu həftənin siyasi-ibadi cünə namazı 25 min fələstinlinin iştirakı ilə qılınıb. 

Sionist rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, fələstinlilər Əl Əqsa məscidinə daxil olublar və sionistlər onların qarşısını almaqda aciz qalıblar. 

Əl Əqsa məscidi Qüds şəhərinin Fələstina aid olduğunu göstərən əsas simvol olaraq, həmişə sionist rejimin dağıdıcı hərəkətlərinin hədəfində olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =