Məscidül-Əqsada 40 min nəfərlik cümə namazı
İşğalçıların işğal edilmiş Qüdsdə sərt təhlükəsizlik tədbirlərinə baxmayaraq, on minlərlə fələstinli Əl-Əqsa məscidində cümə namazı qılıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Qüdsdəki xəbər mənbələri bu gün (8 noyabr) təxminən 40 min fələstinlinin Əl-Əqsa məscidinin girişindəki işğalçı hərbi keçid məntəqələrindən keçərək cümə namazını qıldığını elan edib.
Məlumata görə, sionist rejimin işğalçı qüvvələri müsəlmanların Babul Əsbat girişindən Məscidül-Əqsaya daxil olmasına mane olub. Bab-Həttədə cümə namazına daxil olan gənclərin qarşısını alınıb, onların şəxsiyyətini yoxlayıb və bəzilərini həbs edilib.
Sionist rejim hərbçiləri cümə namazının keçirildiyi yerə daxil olmaq istəyən fələstinlilərə təzyiq göstərərək, onların Məscidül-Əqsaya girişinə mane olub, daha sonra dəyənəklərlə döyüblər.