Məscidül-Əqsaya hücumla bağlı işğalçılara müqavimət xəbərdarlıq etdi

Məscidül-Əqsaya hücumla bağlı işğalçılara müqavimət xəbərdarlıq etdi

Fələstin Xalq Müqavimət Komitələri faşist nazirin Məscidül-Əqsaya hücum və təxribat xarakterli “Bayraq” yürüşü keçirmək qərarına cavab olaraq fələstinlilərin islam kimliyinin heç vaxt pozulmasına icazə verməyəcəkləri barədə xəbərdarlıq ediblər.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir  dünən (4 iyun) ordu radiosu ilə söhbətində çərşənbə günü Qüdsdə “Bayraq yürüşü” adlı yürüş keçirəcəyini və Məscidül-Əqsaya hücum ediləcəyindən xəbər verib.

İtamar Ben Qvir deyib: Biz fələstinliləri vurmalıyıq. Uzun illər bizə bunun düzgün iş olmadığını, hələ bu məsələnin vaxtı olmadığını deyirdilər. Amma indi bunun tam zamanıdır. Fələstinlilərin qarşısından geri çəkilməməliyik. Çünki geri çəkiləriksə, yenə 7 oktyabr tufanı baş verəcək.

Radikal nazir Ben Qvir daha sonra deyib: Biz Əl-Amud qapısından keçib “Məbəd dağı”nın (Əqsa məscidi) zirvəsinə çıxacağıq. Biz onları (fələstinliləri) vacib olan yerdə vurmalıyıq. Məbəd dağı bizimdir və biz özümüzü buranın sahibi biləriksə, düşmən bizdən qorxacaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 6 =