Məşhur narkobaron günahını etiraf etdi: 216 milyon dolları qaytaracaq

Məşhur narkobaron günahını etiraf etdi: 216 milyon dolları qaytaracaq

Publika.az BBC-yə istinadla xəbər verir ki, Otoniel doqquz ildən çox Kolumbiyanın ən güclü cinayətkar dəstəsinin lideri olub.

O, 2021-ci ilin oktyabrında Kolumbiyada gizləndiyi yerdə həbs edilib və keçən il ABŞ-a ekstradisiya edilib.

51 yaşlı təqsirkar narkotikdən əldə edilən 216 milyon dolları təhvil verməyə razılaşıb. İndi onu minimum 20 il həbs cəzası gözləyir.

Prokurorlardan biri Otonielini “Pablo Eskobardan bəri ən əhəmiyyətli Kolumbiyalı narkotik alverçisi” adlandırıb.

ABŞ Narkotiklərlə Mübarizə İdarəsi onun “dünyanın ən qəddar və məhsuldar narkotik satıcılarından biri” olduğunu bildirib. Onun tapılmasına kömək edənə 5 milyon dollar mükafat təklif edilmişdi.

Bir çox əyalətlərdə fəaliyyət göstərən və geniş beynəlxalq əlaqələri olan dəstə, narkotik və insan qaçaqmalçılığı, qeyri-qanuni qızıl hasilatı ilə məşğul olub.

O, Kolumbiyadan ABŞ-a və hətta Rusiyaya gedən bir çox narkotik qaçaqmalçılığı marşrutlarına nəzarət edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =