Məzari-Şərifdə şiə məscidinə hücumun təşkilatçısı həbs edilib

Məzari-Şərifdə şiə məscidinə hücumun təşkilatçısı həbs edilib

Bəlx vilayətinin səlahiyyətliləri İŞİD terror qruplaşmasının yüksək rütbəli üzvünü və Məzari-Şərifdəki Se Dokan məscidinə hücumun təşkilatçısını həbs etdiklərini bildiriblər.

Əfqanıstanın şimalında yerləşən Bəlx vilayətinin Taliban rəsmiləri İŞİD terror qruplaşmasının Bəlx vilayəti üzrə keçmiş valisi Əbdülhəmid Sənquryarın həbs edildiyini bildiriblər.

Talibanın bəyanatına görə, İŞİD-in yüksək rütbəli üzvü Məzari-Şərifdəki Se Dokan məscidinə hücumun planlaşdırılmasına cavabdeh olub.

Talibanın kəşfiyyat idarəsi İŞİD üzvünün dünən gecə Bəlx vilayətinin Çahar Bulək qəsəbəsində həbs edildiyini bildirib.

Talibanın bəyanatına görə, Əbdülhəmid Sənquryar indiyədək bir çox terror hadisələrində iştirak edib.

Məzari-Şərifdə şiə məscidinə edilən hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Xəstəxana mənbələrindən alınan rəsmi məlumatlara görə, Məzari-Şərifdə dünən baş verən partlayışda azı 31 nəfər ölüb, 87-dən çox insan yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =