M.Bərxudarov Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu “Laçın dəhlizi”ndə sancacağına söz verib.

M.Bərxudarov Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu “Laçın dəhlizi”ndə sancacağına söz verib.

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olan Əliyar Əliyevin doğulduğu kənd işğaldan azad edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ali Baş Komandan İlham Əliyevin bu gün açıqladığı işğaldan azad edilən ərazilər arasında Ə.Əliyevin anadan olduğu Qubadlı rayonunun Qəzyan kəndi də var.

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də həmin kənddə anadan olub və 1992-ci il oktyabrın 3-də, 35 yaşında Laçın rayonunda Qarabağ döyüşlərində şəhid olub. O, doğulduğu Qəzyan kəndində dəfn edilib.

Mülki həyatda idman müəllimi olan Ə.Əliyevin şagirdlərindən biri olan Mayis Bərxudarov hazırda general-mayor rütbəsində, birlik komandiri kimi cənub cəbhəsində torpaqları işğaldan azad etməyə davam edir.

M.Bərxudarov Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu “Laçın dəhlizi”ndə sancacağına söz verib.

Deyerler.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + five =