Maariu: İsrail Qətərdə keçirilən dünya çempionatında acı həqiqətin şahidi olur

Maariu: İsrail Qətərdə keçirilən dünya çempionatında acı həqiqətin şahidi olur

İbrani dilində nəşr olunan “Maariu” qəzeti bir xəbərdə yazıb: 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı Mərakeş milli futbol komandasının oyunçuları və azarkeşlərinin şənliyi və sevinci ərəb dünyasının sionist rejimlə münasibətləri normallaşdırmaqdan uzaq olduğunu sübut etdi.

Bu qəzet əlavə edib ki, biz indi ərəb ölkələrindəki futbol azarkeşlərinin gözümüzün qabağına qoyduğu acı bir həqiqətin şahidi oluruq və o da 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının fələstinlilərlə həmrəylik turniri olmasıdır.

Maariu bəyan edib ki, İspaniyaya qarşı qələbədən sonra Fələstin bayrağını dalğalandırmaqla mərakeşlilərin sevinc və xoşbəxtliyi israillilərin (sionistlərin) gözündə tikan kimidir.

Bu qəzet daha sonra yazıb ki, ola bilsin bəzi sadəlövh insanlar münasibətlərin normallaşması ilə Qətər ərəblərinin Tel-Əvivə qarşı mövqeyini müəyyən qədər dəyişəcəyini düşünürdülər, lakin indiki dünya çempionatı ərəb dünyasının Fələstin idealı və Fələstinlə daha çox həmrəyliyini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 8 =