Maariu: Qəzzə bütün İsrail hakimiyyətinə güc dərsi verir

Maariu: Qəzzə bütün İsrail hakimiyyətinə güc dərsi verir

İvrit qəzeti “Maariu” yazır ki, Netanyahunun kabineti yalnız məhkəmə islahatları ilə məşğuldur və döyüşlərə rəhbərlik etmək iqtidarında deyil. Qəzzə bütün İsrail hökumətinə güc dərsi verir.”

Sionist rejimin 13-cü kanalının hərbi məsələlər üzrə analitiki “Alon Ben David” İbranicə “Maariu” qəzetində dərc olunan təhlil zamanı Fələstin və Qəzzə müqavimətinin gücünü vurğulayaraq yazıb:

 “Həmas, Hizbullah və İran Netanyahunun hökumətinin İsrailin gücünün əsaslarını necə dağıtdığını görür.”

 “Əl-Məyadin” kanalı saytının məlumatına görə, təhlillər belədir:

Bu kabinetin vəziyyəti Amerikanın strateji bazasını zədələyir və daxili birliyi pozur. Həmçinin, bu, fələstinlilərin İsrailin hazırkı vəziyyətində genişmiqyaslı döyüşə səbəb olacaq cavabdan çəkinəcəyi ehtimalı ilə bizə zərbə vurmasına səbəb olacaq.”

Bu sionist analitik vurğulayıb ki, Qəzzə İsraildəki bütün hakimiyyətə güc sərhədləri haqqında dərs verir. O, həmçinin, əlavə edib:

Qəzzə həmişə çətin bir divar olmuş, olmaqdadır və olacaq. Cənubdakı reallığı dəyişdirməyə and içən siyasətçilərin vədləri isə boşdur.

Ben David daha sonra deyib: Həmas, Hizbullah və İran öz qiymətləndirmələrində haqlıdırlar. Onlar deyirlər ki, Netanyahunun kabineti yalnız məhkəmə sistemini və milli birliyi məhv edən qanunlarla məşğuldur. Müharibəyə gedən parçalanmış İsrail cəmiyyətinə rəhbərlik etmək onun üçün çətin olacaq.

O, daha sonra Baş nazir Benyamin Netanyahunun bunlardan dərs almalı olduğunu, lakin bu dəfəki yeni dərsin xüsusilə ağrılı olacağını qeyd edib.

Dörd ay ərzində HƏMAS sağçı hökumətin zəifliyini, eləcə də parçalanmış İsraili genişmiqyaslı qarşıdurmadan qoruya bilməyəcəyini hamıya göstərə bildi.

Bu təhlil Fələstin müqavimət qruplarının işğalçılara ciddi xəbərdarlıqlar etdiyi və işğal olunmuş yaşayış məntəqələrinə onlarla raket atdığı bir vaxtda dərc olunur.

Fələstin İslami Cihad hərəkatının komandirlərindən olan Xızır Ədnanın işğalçı rejim həbsxanalarında aclıq aksiyası keçirdikdən sonra şəhid olmuş və bundan sonra sionist rejim ilə Qəzza arasında hərbi münaqişələr daha da şiddətlənmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 5 =