Maariv: İsrail ordusunda şəxsi heyət çatışmazlığı 10 min nəfərə çatdı

İsrail ordusunda insan resurslarının çatışmazlığı 10 min nəfərə çatıb. Bu rəqəm ilk dəfə rəsmi şəkildə sionist rejim ordusu tərəfindən elan edilib. “Maariv” qəzeti bu vəziyyəti “yorulma və tükənmə böhranı” adlandırıb. Bu çatışmazlıq ordu heyətinin təxminən 7.5 faizini təşkil edir.
Maariv yazır ki, bu böhran xüsusilə quru qoşunları və döyüş mühəndisliyinə aid bölmələrdə ciddi problemlər yaradıb. Partlayıcı maddələrlə işləyən qruplarda bölük və tağım komandirlərinin çatışmazlığı böhran səviyyəsinə yüksəlib.
İsrail ordusu ilk dəfə etiraf edir ki, şəxsi heyətin tükənməsi və çatışmazlığı ciddi həddə çatıb. Hesablamalara görə, sionist rejim ordusu hazırda təxminən 7,500 döyüş və 2,500 arxa cəbhə (dəstək) personal çatışmazlığı ilə üz-üzədir.
Həmçinin ordunun etirafına görə, ixtisaslı əsgərləri zabitlik kurslarına cəlb etmək getdikcə çətinləşir. Bu boşluğu doldurmaq üçün təcrübəli çavuşlar müvəqqəti olaraq tağım komandiri vəzifəsinə təyin olunurlar. Başqa bir ciddi boşluq isə bölük komandirləri mövqeyində yaşanır; son aylarda İsrail ordusu bu vəzifələrə zabitlik kursunu keçməyən şəxsləri təyin etməyə məcbur olub.