Macarıstan bu işdə Rusiyaya kömək edəcək
Publika.az xəbər verir ki, Macarıstan hökuməti boru kəməri sayəsində Serbiyanın Rusiya neftini daha ucuz qiymətə tədarük edəcəyini və bu addımın Macarıstanın regionun enerji infrastrukturunun şaxələndirilməsi siyasətinin bir hissəsi olduğunu bildirib.
Yeni boru kəmərinin tikintisi üçün Serbiya ilə razılığa gəldiklərini açıqlayan Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç deyib ki, Serbiya hazırda neftin böyük hissəsini Xorvatiya ərazisindən keçən JANAF boru kəməri vasitəsilə alır. Lakin gələcəkdə bu, Avropa İttifaqının sanksiyaları səbəbindən bu, mümkün olmayacaq.
Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Serbiya dekabrın 1-dən etibarən Xorvatiya üzərindən Rusiya xam neftini ala bilməyəcək.
Publika.az