Macarıstanın Baş naziri Gürcüstana səfər edəcək
Macarıstanın Baş naziri Viktor Orban gələn həftə Gürcüstana səfərə gələcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Orban bu barədə İspaniyanın Qranada şəhərində jurnalistlərə açıqlamasında deyib. O, Tbilisiyə səfəri çərçivəsində hökumətin sessiyasında iştirak edəcəyini və nazirlərlə görüşəcəyini qeyd edib.
Orban Gürcüstanın Aİ-yə qoşulmasını dəstəklədiyini vurğulayıb.
Apa.az