Madleen Gəmisində Gərgin Anlar: Aktivistlər Kömək Çağırır! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Sionist rejimin müdafiə nazirinin dünən verdiyi hücum əmri bu gün səhər saatlarında reallığa çevrildi. Madleen gəmisində olan aktivist Yasemin Acar gərgin vəziyyəti təsvir edərək beynəlxalq ictimaiyyəti səssiz qalmamağa çağırdı.
“Hazırda ətrafımız gəmilərlə mühasirəyə alınıb. Buna görə də, xahiş edirik, səsinizi ucaldın!” – deyə Acar vurğulayıb.
Hücumun detalları hələ tam açıqlanmasa da, hadisənin beynəlxalq rezonans doğuracağı gözlənilir. Rəsmi açıqlamalar və əlavə məlumatlar gözlənilir.