Madrid “Real”ı sabiq futbolçusunu geri qaytarmağa hazırlaşır

Madrid “Real”ı sabiq futbolçusunu geri qaytarmağa hazırlaşır

Madrid “Real”ı sabiq futbolçusunu geri qaytarmağa hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi “Milan”da oynayan müdafiəçi Teo Ernandesi yenidən transfer etməyə çalışır.

 “Kral klubu” yayda komandanı tərk edəcək Ferlan Mendinin yerini məhz 2017-2019-cu illərdə klubun şərəfini qorumuş Ernandeslə doldurmağı planlaşdırır. İspanlar 25 yaşlı fransalının geri qaytarılması üçün Milan rəsmiləri ilə görüşmələrə başlayıb.

Qeyd edək ki, bu mövsüm 43 matçda 4 qol vuran Teo 5 məhsuldar ötürmə ilə də yadda qalıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =