Maduro: Baş verənlər Yaxın Şərqi müstəmləkə etmək üçün müharibədir

Maduro: Baş verənlər Yaxın Şərqi müstəmləkə etmək üçün müharibədir

Venesuela prezidenti Nikolas Maduro İsrailin Qəzza və Livana hücumlarını sərt şəkildə tənqid edib. Maduro bu münaqişələri “Yaxın Şərqi müstəmləkə etmək üçün müharibə” adlandırsa da, müqavimətin qalib gələcəyini və Qərb hegemonluğunun sona çatacağını vurğulayıb.

Venesuela prezidenti Nikolas Maduro, Yaxın Şərqdə sürətlənən prosesləri və İsrailin Livana qarşı artan təcavüzünü qiymətləndirərkən müqavimətin qalib gələcəyini və tarixin Qərb İmperatorluğunun çöküşünə şahidlik edəcəyini vurğuladı.

Maduro bəyan edib ki, İsrail və onu dəstəkləyən Qərb dövlətlərinin hərəkətləri Nasist Almaniyası və Hitlerin törətdiyi cinayətlərdən daha pisdir. Hazırda Livana doğru irəlilədiklərini və artıq Liviya və İraqı yerlə-yeksan etdiklərini bildirən Maduro baş verənləri “ərəb xalqlarına qarşı müharibə və bütün Yaxın Şərqi müstəmləkə etmək cəhdi” kimi qiymətləndirib.

“Birləşmiş Millətlər Təşkilatı yüzlərlə insanın öldürülməsinə göz yumarkən dünya susur” deyən Maduro, “Bu gün şahidi olduğumuz şey Mussolini və Hitlerin başına gələnlərin cəzasız qalmasıdır” dedi.

O, davam etdi: “Onlar Tayvanı Çinə qarşı silahlandırır və Fələstini məhv etmək üçün Netanyahuya silah göndərirlər.”

İran, İraq və Yəmənə qarşı təhdidlərin və İsrailin Livanda quru əməliyyatının arxasında duran səbəbləri sorğulayan Venesuela lideri bildirib ki, “baş verənlər ərəb dünyası və Yaxın Şərqin enerji resurslarına nəzarət etmək üçün müstəmləkəçi layihədir”.

İsrailin ərəb xalqına və dünyaya qarşı törətdiyi qətliamlara ölkəsindəki ifrat sağçıların dəstəyinə toxunan Maduro, “İsrail və onun arxasında olanlar dünyanı qorxutmaq üçün silah sınaqdan keçirir” deyib.

Maduro çıxışının sonunda müqavimətin qələbəsinin qaçılmaz olduğunu vurğulayıb və əlavə edib ki, tarix Qərb imperiyasının süqutuna şahid olacaq.

Qərb güclərinin hegemonluqlarını bombalarla müdafiə etdiklərini ifadə edən Maduro, bəşəriyyətin buna necə cavab verəcəyini biləcəyini və bu ağrılı anların mübarizə və qələbələrlə kompensasiya ediləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − five =