Maduronun ABŞ-ın vətəndaş müharibəsi ərəfəsində olduğunu düşünür

Maduronun ABŞ-ın vətəndaş müharibəsi ərəfəsində olduğunu düşünür

ABŞ-da cərəyan edən son hadisələr Amerika cəmiyyətinin bölündüyünü və ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını göstərir. SalamNews TASS-a istinadən xəbər verir ki, bu fikri Karakasda etdiyi çıxış zamanı Venesuela prezidenti Nikolas Maduro səsləndirib.  

“ABŞ böhran içindədir. Co Baydenin prezidentlik müddəti ən pis halda neqativ qütbləşmə, parçalanma, nifrət və konfrontasiya ilə başlayacaq. Demək olar ki, ABŞ vətəndaş müharibəsi ərəfəsindədir”, – deyə Maduro dövlət televiziyası ilə canlı çıxış edərkən bildirib.  

Ötən həftə prezident Donald Trampın tərəfdarları ABŞ Konqresinə soxularaq Co Baydenin qalib gəldiyi 3 noyabr seçkilərinin nəticələrinin təsdiq edilməsinə əngəl törətmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fourteen =