Mahir Emreli “Legiya”nın azyaşlı azarkeşlərini sevindirib

Mahir Emreli “Legiya”nın azyaşlı azarkeşlərini sevindirib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı yeni il öncəsi azyaşlı azarkeşlərini sevindirib.

Klubun fanşopunda Varşava təmsilçisinin bir neçə oyunçusu ilə görüşən uşaqlar əyləncəli vaxt keçiriblər.

Futbolçuların arasında Emreli də olub. Fanatların suallarını cavablandıran 24 yaşlı forvard onlara üzərində öz imzası olan top və forma hədiyyə edib.

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən “Legiya”da çıxış edib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =