Mahmud Abbas hökumətinə xəbərdarlıq olundu
Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Mahmud əz-Zəhar Fələstin Muxtariyyəti rəhbərliyini tənqid edib.
O, açıqlamasında bildirib ki, İsrail rejimi ilə təhlükəsizlik razılaşmasına getmək Fələstin xalqına xəyanətdir.
“Əgər bu gün Fələstin müqaviməti mövcud gücün sahibi olmasaydı İordan çayının qərb sahilindəki bölgələrdə və Qüdsdə işğalçı İsrail rejimi daha çox qeyri-qanuni yəhudi yaşayış mərkəzi salmışdı. Bu gün işğalçı İsrail rejimi ilə münasibətlərin yaxınlaşdırılması addımları atmaq istəyənlər xəyanət edəcəklərini unutmamalıdırlar”, – deyə Mahmud əz-Zəhar diqqətə çatdırıb.
Mahmud əz-Zəhar açıqlamasında qeyd edib ki, 30 ildir İsrail rejimi ilə danışıq aparmaq Fələstin xalqına yaxşı heç bir şey verməyib.
Maide.az