Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir

Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir.

Bu barədə Fələstinin Ankaradakı səfiri Faed Mustafa Fələstinin dövlət agentliyi olan WAFA-ya müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Fələstin lideri Türkiyə parlamentinin sədrindən parlamentdə çıxış etmək üçün rəsmi dəvət alıb. Hazırda diplomatik kanallar vasitəsilə Abbasın çıxış tarixinin müəyyənləşdirilməsi istiqamətində iş görülür.

Fələstin səfiri iki qardaş ölkə və xalq arasında əlaqələrin dərinliyini qeyd edib və Fələstinin hüquqlarının dəstəklənməsi və qorunmasında Türkiyənin mövqeyini yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − fourteen =