Mahmud Vaizi: İran-Azərbaycan sərhədi sülh və dostluq sərhədidir
“İran-Azərbaycan sərhədi sülh və dostluq səhədidir. Azərbaycanla Ermənistanın hərbi qarşıdurmasının bitməsindən sonra regionda yeni şəraitlər yaranıb, ona görə qarşılıqlı məsələlər barədə fikir mübadiləsini davam etdirməliyik. İndiyə qədər keçirilən üçtərəfli görüşlər bundan sonra beştərəfli də ola bilər.”
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı deyib.