Makron bu ordeni Putindən geri ala bilər

Makron bu ordeni Putindən geri ala bilər

Publika.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron bildirib, Putini ordendən məhrum etmək, simvolik olsa da, vacib məsələdir.

Makron hələ belə bir qərar vermədiyini söyləyib. Onun sözlərinə görə, bunun üçün daha doğru və uyğun zamanı tapmaq da vacibdir.

Fevralın 9-unda Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilib. O, Makron tərəfindən mükafatlandırılıb. “Ukrayna və onun xalqına hörmət. Hörmətli Vladimir, cəsarətinizə və qətiyyətinizə görə qarşınızda baş əyirəm”, – deyə Fransa prezidenti qeyd edib.

Qeyd edək ki, V.Putin bu mükafata 2006-cı ildə – Fransaya Jak Şirakın rəhbərlik etdiyi vaxtda Rusiya və Fransa arasında münasibətlərin hərtərəfli infişafına görə layiq görülüb.

Bildirilir ki, Zelenskinin mükafatı Fransada Rusiya prezidentinin respublikanın ən yüksək ordeninə sahib olması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =