Makron İsrailin casus proqramına görə təhlükəsizlik iclası keçirdi

Makron İsrailin casus proqramına görə təhlükəsizlik iclası keçirdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fransa hökumətinin sözçüsü Gabriel Atal cümə axşamı Fransa prezidenti Emmanuel Makronun “Pegasus” sionist casusluq proqramı və kiber təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bu gün Fransa Müdafiə Şurası ilə görüşəcəyini açıqlayıb.

Washington Post, Le Monde, Guardian və bir sıra digər mənbələr də daxil olmaqla müxtəlif media qurumları, Pegasus adlı bir sionist casusluq proqramının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bəzi ölkələrə satıldığını ortaya qoymuşdur. Bu proqram dünyanın bir çox mühüm şəxsiyyətinin telefon məlumatlarını qırmaq üçün istifadə edilmişdir.

Araşdırmaya qatılan media orqanlarından olan Washington Post, Pegasus casus proqramına keçmiş köşə yazarı və səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçıya yaxın iki qadına məxsus cib telefonlarını izləmək üçün işğal olunmuş Fələstində yerləşən NSO tərəfindən lisenziya verildiyini bildirmişdir. İstanbuldakı Ər-Riyad konsulluğunda Səudiyyə agentləri tərəfindən öldürülən Qaşıqçının cəsədinin yeri hələ də məlum deyildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =