Makron türkcə tvit paylaşaraq, Türkiyəyə səsləndi – Foto
Eastnews.org-un verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron “Tvitter” hesabında türkcə tvit paylaşıb.
Makronun atdığı tvitdə aşağıdakı ifadələrə yer verilib:
“Biz Ayaççoda Türkiyəyə açıq mesaj göndərdik: xoş niyyətli, sadəlövhlük olmadan yenidən məsuliyyətli bir müzakirə açaq. Bu çağırış bundan sonra Avropa Parlamentinin də çağırışıdır. Görünür eşidilib də. Davam edək”.