Makronun istefaya göndərilməsi məsələsinə baxılacaq
Oktyabrın 2-də Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Qanunvericilik Məsələləri Komitəsi solçu “İtaətsiz Fransa” partiyasının Fransa prezidenti Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması ilə bağlı qətnamənin müzakirəyə təqdim edilməsi təşəbbüsünü nəzərdən keçirəcək.
Bu barədə “Franceinfo” radiostansiyası partiyanın bu qətnamə üzrə məruzəçisinə istinadən məlumat yayıb.