Manamada “Bəhreynli əsirlərin cümə qəzəbi” adlı aksiyalara start verildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Manamadakı səfirliyinin qarşısında “Bəhreynli əsirlərin cümə qəzəbi” adlı etiraz aksiyalarına start verilib.
Nümayişçilər siyasi məhbusların sərbəst buraxılmasını tələb etmiş və onların həbsdə qalmalarını sərt şəkildə qınayıblar.
Nümayişçilər həmçinin Ali-Xəlifə həbsxanalarında koronavirusun yayılmasını nəzərə alaraq siyasi məhbusların sərbəst buraxılmasını zəruri hesab ediblər.