“Mançester Yunayted” antirekorda imza atıb
İngiltərə Premyer Liqasının XXX turdan təxirə salınan oyununda “Liverpul”la görüşən “Mançester Yunayted” antirekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Ralf Ranqnikin yetirmələri “Enfild Roud”da 0:4 hesabı ilə uduzub.
Mançester təmsilçisi I dövrədəki ev oyununda daha ağır məğlubiyyət almışdı – 0:5. Bununla da “qırmızı şeytanlar” çempionatının iki oyununun cəmində 0:9 hesabı ilə yenilib.
Bu, “Mançester Yunayted”in Premyer Liqadakı mütləq antirekordudur. Ümumiyyətlə İngiltərə çempionatları tarixində isə son 129 ildə belə darmadağın yaşanmayıb.
Daha ağır biabırçılıq 1892/93 mövsümündə yaşanıb. Həmin vaxt “Sanderlend” iki oyunun cəmində 11:0 hesabı ilə yenib.
Apa.az