Maqnit qasırğası yaxınlaşır: Səhiyyə və texnologiyaya təsiri nə olacaq?

Yer kürəsinə yenidən maqnit qasırğası yaxınlaşır.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından məlumat verilib.
Alimlərin bildirdiyinə görə, geomaqnit dalğalanmaları iyunun 1-də səhər saatlarından başlayacaq.
Bu qasırğanın gücü G1 sinfinə bərabər olacaq. Lakin zəif gücünə baxmayaraq, qasırğa meteohəssas insanlarda zəiflik, təzyiq dəyişiklikləri və başağrılarına səbəb ola bilər.
Proqnozlara görə, zəif maqnit qasırğası başa çatdıqdan sonra iyunun 2-dən 6-na kimi geomaqnit indeksi daha beş gün gərgin qalacaq.
Xatırladaq ki, daha əvvəl elan edilən geomaqnit qasırğasının mayın 28-də səhər saatlarından başlayaraq günortaya qədər davam edəcəyi proqnozlaşdırılır. Axşama doğru maqnitosferin vəziyyəti normallaşacaq.