Maradonanın məşhur oyunda geyindiyi forma hərraca çıxarılıb

Maradonanın məşhur oyunda geyindiyi forma hərraca çıxarılıb

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın forması hərraca çıxarılıb.

“Report”un “The Guardian” nəşrinə istinadən məlumatına görə, “Sotheby’s” hərrac evi geyim dəstinə 5,2 milyon ABŞ dollar başlanğıc qiyməti qoyub.

Mərhum oyunçu həmin formanı 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyinib. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı Argentina yığması ilə matçdan sonra Maradona ilə dəyişib.

Onlayn hərrac aprelin 20-də başlayacaq və mayın 4-dək davam edəcək.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 17 =