Mariupolda teatr BOMBALANDI: 300 nəfər öldü

Mariupolda teatr BOMBALANDI: 300 nəfər öldü

Publika.az xəbər verir ki, Mariupol Şəhər Şurasının “Telegram” kanalına istinadən xəbər verir ki, şahidlərin məlumatlarına əsasən, Rusiyanın Mariupol Dram Teatrına hücumu nəticəsində 300-ə yaxın insan həyatını itirib. 

Qeyd edək ki, bina mühasirədə olan Mariupol şəhərində əsas sığınacaqlardan biri kimi istifadə olunurdu. Teatra sığınanların sayı təxminən 800-1300 nəfər olub. 

Şəhərdə kommunikasiya şəbəkələri də daxil olmaqla, əsas xidmətlərin tamamilə sıradan çıxması səbəbindən hücumun tam miqyası haqqında məlumat toplamaq mümkün olmayıb. 

Xatırladaq ki, martın 16-da Rusiya ordusu Mariupoldakı Dram Teatrına aviazərbələr endirib. 

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 2 =