Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edildi

Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edildi

Dyuk Universitetinin tibbi məktəbinin alimləri gələcəkdə Marsa uçacaq insanlar üçün ciddi problemi aşkar ediblər və aşkar edilmiş problemi mütləq şəkildə həll etmək lazımdır. Söhbət, dərmanların istifadə müddətlərindən gedir. Aydın məsələdir ki, Marsda və Marsa uçuş üçün nəzərdə tutulmuş kosmik gəmidə yeni dərman preparatlarını təmin edəcək aptek mövcud olmayacaq. Müasir dərmanların böyük hissəsi isə 36 aydan az istifadə müddətinə sahibdir. Marsa uçuş və ordan Yer kürəsinə geri qayıdış ən azı 3 il vaxt aparacaq.

     Bu hal isə Marsa uçuş missiyasında iştirak edəcək insanları istifadə müddətləri keçmiş dərman preparatlarının ixtiyarına verəcək. Alimlər güman edirlər ki, Mars üçün nəzərdə tutulmuş kosmik gəminin sərnişinləri BKS (Beynəlxalq Kosmik Stansiya) üçün yığılan ilk tibbi yardım dəstini əldə edəcəklər. BKS üçün yığılan dərman dəstinə 106 dərman preparatı daxildir. Qulaq kirinin aradan qaldırılması üçün olan dərmandan tutmuş neyroleptiklərə qədər olan dərmanlar.

     Bu 106 dərman preparatından yalnız 91-nin istifadə müddəti məlumdur. Məlumata əsasən onlardan 54-nün orijinal qablaşdırmada saxlandığı halda həmin dərman preparatlarının maksimal istifadə müddətləri 36 ay təşkil edir. Digər dərman preparatları isə daha az istifadə müddətinə (24 ay) sahibdirlər. Bundan əlavə olaraq belə bir fikir var ki, mikroqravitasiya və kosmik radiasiya vəziyyətlərində dərmanların molekulyar tərkibləri daha sürətlə dəyişə bilərlər. Bu çox ciddi problemdir. Belə ki, uzunmüddətli kosmik səyahət hətta ən sağlam astronavtların orqanizmlərini belə zəiflədə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =