Martın 7-si Fransaya 1,5 milyarda başa gələcək
Publika.az xəbər verir ki, bunu Fransa Kiçik və Orta Müəssisələr Konfederasiyasının (CPME) baş katibi Jan-Ed du Mesnil deyib.
“Çərşənbə axşamı günü olduğu kimi pensiya islahatına qarşı bir günlük tətil Fransaya 1,5 milyard avroya başa gəlir”,- o, deyib.
Fevral ayında Fransanın həmkarlar ittifaqları, hökumət pensiya islahatı layihəsini geri götürməsə, “ölkəni blokadaya almağa” çağırıb.
Fransanın baş naziri Elizabet Born yanvarın 10-da hökumətin 2023-cü ildə qəbul etməyi planlaşdırdığı mübahisəli pensiya islahatının layihəsini təqdim edib. Onun sözlərinə görə, hakimiyyət 2023-cü il sentyabrın 1-dən ölkədə pensiya yaşını ildə üç ay artırmağa başlayacaq. Beləliklə, 2030-cu ilə qədər pensiya yaşı 64 olacaq.
İslahat Fransa cəmiyyətində etiraz dalğasına səbəb olub. Artıq bir ay ərzində Fransada islahat əleyhinə beş ümummilli nümayiş keçirilib.