Mask Marsa robotlar göndərmək niyyətindədir

Amerikalı sahibkar İlon Mask 2026-cı ildə Marsa robotlar göndərmək niyyətindədir.
Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində bildirib.
“Hər şey yaxşı olarsa, SpeysX “Starşip” gəmilərini avtonom robotlar və “Grok” süni intellekti ilə birlikdə Marsa göndərəcək”, – o qeyd edib.