Mask Trampın dəstəklədiyi qanun layihəsini tənqid edib

ABŞ sahibkarı İlon Mask Prezident Donald Trampın dəstəklədiyi Respublikaçılar Partiyasının xərclər haqqında qanun layihəsini kəskin tənqid edib.
“Report”un xəbərinə görə, o, “X” sosial şəbəkəsindəki səhifəsində yazdığı paylaşımda qanunu “çox pis iyrənclik” adlandırıb.
“Bağışlayın, amma mən sadəcə buna daha dözə bilmirəm. Bu böyük, hədsiz xərclər haqqında qanun layihəsi çox pis bir iyrənclikdir. Buna səs verənlər utanırsınız: siz səhv etdiyinizi bilirsiniz”, – milyarder yazıb.
Onun fikrincə, qanunun qəbulu onsuz da nəhəng olan büdcə kəsirini əhəmiyyətli dərəcədə artıraraq 2,5 trilyon dollara çatdıracaq və Amerika vətəndaşlarını “əzilən dərəcədə dayanıqlı olmayan borc”la yükləyəcək.
Bundan əvvəl Ağ Ev elan edib ki, İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasının Amerika Hökumətinin Səmərəliliyinin Artırılması Departamentini (DOGE) tərk edir. Qərar, Maskın CBS-yə verdiyi müsahibədə administrasiyanın təklif etdiyi və Nümayəndələr Palatasının dəstəklədiyi xərclərin azaldılması qanun layihəsini tənqid etməsindən bir gün sonra qəbul olunub.