Maska qadağası aradan qaldırılacaq? – Səhiyyə naziri aydınlıq gətirdi
Səhiyyə naziri Teymur Musayev maska qadağasının aradan qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, nazir bildirib ki, yoluxma sayları kəskin azalmaqdadır. O qeyd edib ki, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur.
“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”, – deyə nazir bildirib.
BAKU.WS