Matvienko Azərbaycan və Ermənistanı sülhü qorumağa çağırıb
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Dağlıq Qarabağ münaqişəsi iştirakçılarını sərt bəyanatlardan çəkinməyə və “əldə edilmiş kövrək sülhü dəstəkləməyə” çağırıb.
Belə bir açıqlamanı o, Ermənistan Məclisinin sədri Ararat Mirzoyanla görüşdə verib.
“İndi əsas hər hansı sərt açıqlamadan çəkinmək, formalaşmış kövrək sülhü dəstəkləmək və yekun həll əldə etmək və bölgədə gərginliyin aradan qaldırılması istiqamətində hərəkət etməkdir. Bu yalnız Ermənistan, Azərbaycana deyil, bu Rusiyaya, bütün bölgə dövlətlərinə lazımdı”, Matvienko bildirib.
Salamnews