Mayın 10-da NATO müdafiə nazirlərinin iclası keçiriləcək

Mayın 10-da NATO müdafiə nazirlərinin iclası keçiriləcək

NATO mayın 10-da Brüsseldə alyansa daxil olan ölkələrin müdafiə nazirlərinin toplantısını keçirəcək. Qərar NATO ölkələri və İsveçin müdafiə idarələrinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı qəbul edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə alyansın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Vurğulanır ki, nazirlərin videokonfransı “NATO-nun kollektiv müdafiəsi çərçivəsində hərbi planlaşdırma üzrə davam edən işlərin müzakirəsinə” həsr olunub. Bu işlər NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq çərçivəsində həyata keçirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − three =