Mayis Bərxudarova general-leytenant, Sübhan Bəkirova isə vitse-admiral rütbəsi verilib

Mayis Bərxudarova general-leytenant, Sübhan Bəkirova isə vitse-admiral rütbəsi verilib

General-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, M.Bərxudarov Müdafiə Nazirliyinin Ordu birliyinin, S.Bəkirov isə Hərbi Dəniz Qüvvələrinin komandanıdır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + seven =